Dünyanın əsas kriptovalyutası olan bitkoinin qiyməti 2022-ci ilin iyunundan sonra ən yüksək həddə qalxaraq 30 min dolları keçib.
Avro və qızıl daha da bahalaşa bilər - InvestAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, bu gün keçirilən hərraclarda bitkoin 6,2% bahalaşıb və 30 162 dollar olub. Son bir həftədə isə bitkoinini qiyməti 8%-dən çox artıb.
Sonuncu dəfə bitkoin 30 min dollardan baha qiymətə 2022-ci ilin iyununda olmuşdu. Hazırda bitkoin 30 077 dollara ticarət edilir.