Bu gün dünyanın kriptovalyuta bazarında ciddi bahalaşma müşahidə edilir.
FED.az xəbər verir ki, son sutka ərzində əsas virtual valyutalar da daxil olmaqla 94-nün dəyəri artıb. Cəmi 6 kriptovalyuta ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin dünən günün ikinci yarısından etibarən mövqeyini bərpa etməyə başlayıb. Bu koin indiyədək 7,51% bahalaşaraq 11,5 min dollara çatıb.
Etherium isə 11,27% bahalaşaraq 1 089 dollar olub. Bir müddət öncə ciddi bahalaşma ilə diqqət çəkən Ripple da yenidən canlanıb. Bu gün həmin virtual valyutanın dəyəri daha cəmi 1,95% dəyər qazanaraq 1,36 dollara qalxıb.
Ən böyük bahalaşma isə İOStoken-nin qiymətində baş verib. Bu virtual valyuta 129% bahalaşaraq 0,11 dollara çatıb.
Bitkoin "dirilir" - QİYMƏTLƏR
09:40
25 Yan 2018