Dünyanın kriptovalyuta bazarında qiymətlər kəskin artıb. FED.az xəbər verir ki, bitkoin yenidən bahalaşaraq 6 min dolları keçib. Hazırda bitkoin 6 110 dollardır.
Ümumilikdə 2018-ci ilin dekabrından indiüədək bitkoin təqribən iki dəfə başalaşıb. Dekabrın 15-də bitkoin ən aşağı qiymətə 3 224 dollara satılıb. O vaxtdan indiyədək qiymət 2 900 dollar və ya 89% yüksəlib.