Dünya kriptovalyuta bazarında bir neçə gündür başlayan kütləvi ucuzlaşma bu gün səhər saatlarında da davam edir. Bu günün nəticələrinə görə, bütün kriptovalyutalar 10%-dən çox ucuzlaşıb. Bu, son 5 ayın ən böyük ucuzlaşma göstəricisidir.
FED.az xəbər verir ki, martın 15-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 99-u ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 1202 dollar və ya 13,1% ucuzlaşaraq 7971 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 1814 dollar və ya 18,5% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 103 dollar və ya 14,8% ucuzlaşaraq 590 dollar olub.
Son həftə ərzində isə Etherium 154 dollar və ya 20,6% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Ardor-da(27,04%), yeganə bahalaşma isə DigixDAO-da(2,42%) müşahidə olunub.
Bitkoin çökür – QİYMƏTLƏR
09:17
15 Mart 2018