Virtual pul vahidi Bitcoin, dünən 12 min dolları görməsinin ardından 24 saat keçmədən 13 min dolları aşaraq bir gün içində iki rekord qırıb. Bu gün gecə isə Bitcoin-in qiyməti 14 min dolları da keçib.
FED.az "Marja"ya istinadən xəbər verir ki, Bitcoin-in rekordlar qırmasında ABŞ-ın maliyyə şirkətlərinin, Bitcoin-ə məhsulları arasında yer vermək qərarı vermələri mühüm rol oynadı.
ABŞ-ın Fyüçerslər ilə əmtəə ticarəti komissiyasından (CFTC) keçən cümə günü verilən məlumata görə, CME Group, CBOE və Cantor Fitzgerald adlı maliyyə şirkətləri Bitcoini məhsulları sırasına əlavə etmək üçün lazımi rəsmi icazələri almışlar.
High: $14036.33 Low: $13704.29
Powered by CoinDesk
Loading
Dünyanın ən böyük birja şirkəti olan CME Group, Bitcoin ilə fyüçers əməliyyatlarına 18 Dekabrdan başlayacağını bildirmişdir.
Dünya miqyasında 1200-ə yaxın virtual pul arasında ən dəyərlisi olan Bitcoin, təkcə bu il ərzində 1000 faizdən çox bahalaşıb.
Bitcoin-in ümumi bazar dəyəri isə 223 milyard dollara çataraq Mc Donald's, Boeing, Goldman Sachs və Disney kimi nəhəngləri geridə qoyur.
Buna qarşı, bəzi analitiklər Bitcoin barədə xəbərdarlıq edirlər. Onlar qeyd edirlər ki, Bitcoin yaxın vaxtlarda çökərək kəskin ucuzlaşacaqdır. Hətta Bitcoin-dəki "köpüyün" partlamasına 80% ehtimal verənlər də var.
Bəzi investorlar, Bitcoin-in dəyərinin 2018-ci ilin sonunda 40 min dollara çatacağını iddia edirlər.