Son günlər qiyməti rekord həddə (11 min 400 dollar) çatan bitkoin kriptolvalyutası ağır zərbə alıb.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, qiymət artdığı üçün ən böyük kriptovalyuta ticarət platforması olan GDAX-da əməliyyatlar çoxalıb və buna görə də sistemlər çöküb.
Bunun da nəticəsi olaraq bitkoin 9200 dollara qədər ucuzlaşıb. Hazırda sistemin fəaliyyətinin normal rejimə qayıtması üçün tədbirlər görülüb.
Ümumiyyətlə bu gün Bakı vaxtilə saat 9-da 10 800 dollara satılan bitkoin saat 10-40-da 10 109 dollara, 15-20-də 9 771 dollara, Bakı vaxtilə 19-05-də isə 9 202 dollara enib.
Sonradan qiymətlər bir qədər sabitləşərək yenidən 9470 dollar olub.
Ümumilikdə son bir sutka ərzində bitkoin 15% ucuzlaşaraq 11 150 dollardan 9 470 dollara enib.
Mənbə: FED.az, qafqazinfo.az