Dekabrın 8-i kriptovalyuta bazarında kəskin qiymət dəyişiklikləri ilə yadda qaldı.
FED.az xəbər verir ki, dünyanın əsas internet valyutası sayılan bitkoin gün ərzində bir neçə dəfə bahalaşıb və sonradan yenidən ucuz laşıb. Belə ki, Bakı vaxtilə səhər saat 6-da bitkoinin qiyməti növbəti rekord vuraraq 18 353 dollar olub. Bundan sonra qiymətlər ucuzlaşmağa başlayıb. Əvvəlcə bitkoin 3 min dollar ucuzlaşaraq Bakı vaxtilə saat 9-30-da 15 423 dollara enib. Sonradan yenidən qiymətlər 2 min dollar artaraq Bakı vaxtilə 11-20-də 17 230 dollar olub. Bundan sonra yenidən ucuzlaşma başlayıb və Bakı vaxtilə 15-30-da kriptovalyutanın qiyməti 14 336 dollara enib. Başqa sözlə, qısa müddət ərzində bitkoin düz 4 min dollar və ya 22% uguzlaşb.
Sonradan birjada yenidən qiymət artımı başlayıb və bitkoin 15 700 dollar və 16 612 dollara yüksəlib. Hazırda bitkoini qiyməti 16 071 dollardır.
Son günlər, xüsusilə də son sutka ərzində baş verənlər – bitkoinin kəskin bahalaşıb, yenidən ucuzlaşması kriptovalyutanın nə qədər riskli və proqnozlaşdırıla bilməyən olduğunun göstəricisidir. Son günlər bütün dünyada olduğu kimi, Azərbaycanda da bitkoinə marağın böyük olduğunu nəzərə alaraq qeyd etmək lazımdır ki, investorlar kriptovalyutalara vəsait yatırmazdan əvvəl belə nüansları və riskləri nəzərə almalıdırlar.
Bitkoin bir neçə saata 4 min dollar ucuzlaşdı- SON QİYMƏT
20:30
8 Dek 2017