Bitcoin-də ETF optimizmi kəskin dalğalanma ilə əvəz olunub.
FED.az xəbər verir ki, gün ərzində 45 min dolların üzərinə yüksələn bitkoin 9 faizə qədər enişlə 41 min dolların altına düşüb.
ABŞ-ın qiymətli kağızlar bazarı üzrə komissiyası olan SEC-in ETF bazarı ilə bağlı qərarını yanvarın 10-dək verəcəyi gözlənilir. Həmin qərar müsbət olsa, kriptovalyutaların qiymətinin artması gözlənilir.
«Alpha Impact»ın qurucusu Hayden Hughes bildirir ki, qarşıdan gələn ETF təsdiq xəbərlərini gözləyən treyderlər ilk günlərdə "qatarı qaçırmamaq" hissi ilə bitkoini satın aldılar. Nəticədə qiymətlər artdı.
İndi isə gözləntilər başlayıb, ona görə də qiymətlər nisbətən aşağı düşüb.