Dünyanın kriptovalyuta bazarı son günlər davam edən böhrandan çıxa bilmir.
FED.az xəbər verir ki, son sutkada bitkoinin qiyməti daha 12% azalaraq 36 min dollardan 32 min dollara düşüb. Bu aprelin ortalarındakı rəqəmdən 2 dəfə ucuzdur.
Gün ərzində qiymətlər bir qədər artaraq 33 min dollara yaxınlaşıb. Buna baxmayaraq bitkoinin kapitalizasiyası əvvəlki kimi aşağı həddədir - 615,7 mlrd dollar.
Başqa sözlə, son ay yarım ərzində bitkoin iki dəfə ucuzlaşıb. Belə ki, aprelin 14-də bitkoinin qiyməti 64,5 min dollara yüksələrək rekord vurmuşdu. Fevral ayından indiyədək isə bitkoinin qiyməti 33 min dollardan aşağı düşməmişdi.
Ekspertlər bildirir ki, bitkoinin ucuzlaşması ABŞ hökumətinin kriptovalyutaların ölkə ərazisində hərəkətinə məhdudiyyət qoyacağı ilə bağlı niyyəti ilə əlaqədardır.
Ekspertlər bitkoinin daha da ucuzlaşa biləcəyini qeyd edirlər. Onların fikrincə, qiymətlər 30 min dollardan aşağı səviyyədə möhkəmlənsə, 20-25 min dollaradək azala bilər. Hərçənd bəzi ekspertlərin fikrincə, qarşıdakı dövrdə qiymətlərin 35-40 min dollarvı yüksəlməsi də istisna deyil.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.