«Glassnode» agentliyinin analitikləri hesablayıblar ki, Bitcoin üçün birja ticarət fondlarının (ETF) təsdiqindən sonra kriptovalyuta sənayesinə investisiyaların həcmi 70 milyard dollar artacaq.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (20-24 noyabr,2023)
FED.az xəbər verir ki, hesabatda mütəxəssislər bildirirlər ki, Bitcoinə investisiyalar əsasən 2 mənbədən gələcək – səhm və istiqrazlar, eləcə də qızıl bazarından.
Analitiklər yazır ki, mövcud makroiqtisadi vəziyyət investorları təhlükəsiz aktivlərə investisiya qoymağa təşviq edir və Bitcoin bu rol üçün mükəmməldir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.