Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi bahalaşma qeydə alınıb.
FED.az xəbər verir ki, martın 28-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 68-i bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 4 dollar və ya 0,05% bahalaşaraq 7896 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 1244 dollar və ya 13,6% ucuzlaşıb.
Etheriumun qiymətində isə ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 9 dollar və ya 1,9% ucuzlaşaraq 450 dollar olub.
Son həftə ərzində isə Etherium 137 dollar və ya 23,3% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Mithril-da(52,18%), ən çox ucuzlaşma isə Verge-da(13,52%) müşahidə olunub.
Bitkoin bahalaşmağa başladı – QİYMƏTLƏR
09:13
28 Mart 2018