Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə əsasən artım müşahidə olunub.
“FED.az xəbər verir ki, CoinMarketCap platformasında “Bitcoin”in qiyməti son 24 saatda 0,90% artaraq 77 787 ABŞ dollarına yüksəlib. “Ethereum”un qiyməti 0,66% bahalaşaraq 2 138 dollara, BNB-nin qiyməti isə 1,59% artaraq 652,60 dollara çatıb.
Digər iri kriptovalyutalarda da əsasən müsbət dinamika qeydə alınıb. Belə ki, “XRP”in qiyməti 0,54% artaraq 1,37 dollara, “Solana”nın qiyməti 2,08% yüksələrək 86,54 dollara, “Dogecoin”in qiyməti 2,07% bahalaşaraq 0,1056 dollara, “Hyperliquid”in qiyməti isə 16,16% artaraq 55,96 dollara çatıb. “Tether” və “USDC” isə faktiki olaraq sabit qalıb.














