Bu gün rəqəmsal birjalarda kriptovalyutaların dəyəri aşağı düşüb.
«Kriptovalyuta sahəsində real inqilab - Maliyyə sisteminin bir hissəsinə çevriliblər» - EKSPERT AÇIQLADI
FED.az xəbər verir ki, xüsusilə əsas kriptovalyuta olan bitkoin kəskin ucuzlaşaraq son 3 həftədə ən aşağı qiymətə düşüb.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (27 – 31 yanvar, 2025)
Belə ki, fevralın 3-də bitkoin sürətlə ucuzluşaraq əvvəlcə 98 min dollardan aşağı, daha sonra isə ümumiyyətlə 92 995 dollara düşüb.
Bu yanvarın 14-dən bəri bitkoinin ən aşağı qiymətidir.
Ümumiyytlə bitkoin sonuncu dəfə yanvarın 15-də 98 min dollardan ucuz olmuşdu. Trampın qələbəsindən sonra isə bitkoin 15 gün yaxındır ki, yüksək qiymətlərdə idi.
Sonradan kriptovalyuta öz qiymətini bir qədər bərpa edib və 98 min dollardan yuxarıdır. Amma hətta bu azalmadan sonra da bitkoin son bir ayda ucuzlaşmamış sayılır. Belə ki, yanvarın 3-də kriptovalyutanın qiyməti 97 min dollar idi.
NVIDIA səhmləri əriyir - TEXNOLOGİYA NƏHƏNGİ DƏYƏR İTİRİR
Son bir ildə isə bitkoinin qiyməti 2,5 dəfə və ya 58 min dollar bahalaşıb, bir il əvvəl bitkoin cəmi 42 min dollar idi. 5 ay əvvəl, avqustun əvvəlində isə bitkoin 54 min dollar idi.