«ProShares» Bitcoin Strategy Exchange Traded Fund (ETF) Nyu-York birjasında ticarətə başladıqdan sonra çərşənbə günü bitkoin rekord qırsa da, strateqlər Bitcoin-in yüksəlişinin növbəti dayanacağının 90 min dollar ola biləcəyini düşünürlər.
FED.az xəbər verir ki, bu həftə bitkoin 67 min dollara yüksələrək rekord vurduqdan sonra bir qədər geriləyib və hazırda 61 min dollar ətrafında dəyişir. Amma ekspertlər kriptovalyutanın tezliklə 90-100 min dollara qalxacağını gözləyirlər.
Fundstrat tərəfindən paylaşılan hesabatda, «Bitcoin üçün yuxarı hədəflərə qarşı ilkin müqavimət $72,500, sonra isə $89,000 təşkil edir»-deyə bildirilir.