Dünyanın kriptovalyuta bazarı bir neçə aylıq gərginlikdən sonra yenidən dirçəlməyə başlayıb.
FED.az xəbər verir ki, aparıcı kriptovalyuta olan bitkoin son bir həftə ərzində təqribən 21% bahalaşaraq 18,7 min dollardan sentyabrın 13-də 22,6 min dollara yüksəlib.
Amma son sutkada bitkoin 10%-ə yaxın ucuzlaşaraq yenidən 20 400 dollara enib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.