Dünya kriptovalyuta bazarında bir neçə gündür başlayan kütləvi bahalaşma bu saatlarda da davam edir.
FED.az xəbər verir ki, 13 aprel saat 16:30-a olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 97-si bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son 24 saat ərzində 440 dollar və ya 5,7% bahalaşaraq 8094 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 1487 dollar və ya 22,5% bahalaşıb.
Kriptovalyutalar arasında bu saatlarda ən çox bahalaşma Bitcoin Private-də (96,13%) müşahidə olunub.
Bitkoin 8000 dolları keçdi – SON QİYMƏT

16:36
13 Aprel 2018