Dünya kriptovalyuta bazarındakı kütləvi bahalaşma davam edir.
FED.az xəbər verir ki, martın 12-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 99-u bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 825 dollar və ya 9,4% bahalaşaraq 9583 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 1986 dollar və ya 17,1% ucuzlaşıb.
Etheriumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 41 dollar və ya 6% bahalaşaraq 725 dollar olub.
Son həftə ərzində isə Etherium 143 dollar və ya 16,4% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma IOStoken-da(26,57%), ən çox ucuzlaşma isə Byteball Bytes-də(3,63%) müşahidə olunub.
Bitkoin 800 dollar bahalaşdı – QİYMƏTLƏR
09:09
12 Mart 2018