Dünyanın kriptovalyuta bazarında kütləvi ucuzlaşma bu saatlarda da davam edir.
FED.az xəbər verir ki, 13 mart saat 17:00-a olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 96-sı ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son 24 saat ərzində 850 dollar və ya 8,6% ucuzlaşaraq 8999 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 1974 dollar və ya 17,9% ucuzlaşıb.
Bitkoin 8 minə düşdü – SON QİYMƏT
17:11
13 Mart 2018