Dünya kriptovalyuta bazarında neçə gündür ki, başlayan kütləvi ucuzlaşma bu gün də davam edir.
FED.az xəbər verir ki, martın 9-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 97-si ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 1032 dollar və ya 10,5% ucuzlaşaraq 8753 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 2295 dollar və ya 20,7% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 81 dollar və ya 10,9% ucuzlaşaraq 662 dollar olub.
Son həftə ərzində isə Etherium 210 dollar və ya 24% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Dent-da(27,54%), ən çox bahalaşma isə NEM-də(20,32%) müşahidə olunub.
Bitkoin 8 minə düşdü – QİYMƏTLƏR
09:06
9 Mart 2018