Dünya kriptovalyuta bazarında bir neçə gündür başlayan kütləvi ucuzlaşma bu saatlarda da davam edir.
FED.az xəbər verir ki, aprelin 2-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 87-si ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 75 dollar və ya 1% ucuzlaşaraq 6913 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 1583 dollar və ya 18,6% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində cəmi 15 dollar və ya 3,7% ucuzlaşaraq 381 dollar olub.
Son həftə ərzində isə Etherium 141 dollar və ya 27% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Veritaseum-da(18,27%), ən çox bahalaşma isə Verge-da(15,91%) müşahidə olunub.
Bitkoin 6000 min dollara düşdü – QİYMƏTLƏR
09:43
2 Aprel 2018