Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma qeydə alınıb.
FED.az xəbər verir ki, martın 27-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 97-si ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 608 dollar və ya 7,1% ucuzlaşaraq 7892 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 663 dollar və ya 7,7% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 64 dollar və ya 12,2% ucuzlaşaraq 459 dollar olub.
Son həftə ərzində isə Etherium 83 dollar və ya 15,3% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Storm-da(28,06%), ən çox bahalaşma isə Verge-da(8,04%) müşahidə olunub.
Bitkoin 600 dollar ucuzlaşıb – QİYMƏTLƏR
09:16
27 Mart 2018