Dünya kriptovalyuta bazarında bir neçə gündür ki, davam edən kütləvi bahalaşmadan sonra bu gün ucuzlaşma qeydə alınıb.
FED.az xəbər verir ki, fevralın 21-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 96-sı ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 582 dollar və ya 5% ucuzlaşaraq 10 min 987 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 2152 dollar və ya 24,3% bahalaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 67 dollar və ya 7% ucuzlaşaraq 884 dollar olub.
Son həftə ərzində isə Etherium 17 dollar və ya 1,9% bahalaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Byteball Bytes-da(27,92%), ən çox bahalaşma isə ReddCoin-də(44,89%) müşahidə olunub.
Bitkoin 500 dollardan çox ucuzlaşdı – QİYMƏTLƏR
09:23
21 Fev 2018