Dünya kriptovalyuta bazarında bir neçə gündür ki, davam edən bahalaşma sona çatdı. Bu gündən etibarən virtual pullar ucuzlaşmağa başlayıb.
FED.az xəbər verir ki, martın 1-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 88-i ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 475 dollar və ya 4,3% ucuzlaşaraq 10 min 471 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 414 dollar və ya 3,8% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 28 dollar və ya 3,1% ucuzlaşaraq 860 dollar olub.
Son həftə ərzində isə Etherium 1 dollar və ya 0,1% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Waltonchain-da(19,75%), ən çox bahalaşma isə Particl -də(18,38%) müşahidə olunub.
Bitkoin 500 dollara yaxın ucuzlaşdı – QİYMƏTLƏR
09:20
1 Mart 2018