Dünya kriptovalyuta bazarında kütləvi ucuzlaşma davam edir.
FED.az xəbər verir ki, aprelin 5-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 96-sı ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 535 dollar və ya 7,2% ucuzlaşaraq 6858 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 813 dollar və ya 10,5% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində cəmi 25 dollar və ya 6,1% ucuzlaşaraq 382 dollar olub.
Son həftə ərzində isə Etherium 43 dollar və ya 10,1% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Verge-da(16,29%), ən çox bahalaşma isə Iconomi-da(22,47%) müşahidə olunub.
Bitkoin 500 dollar ucuzlaşdı – QİYMƏTLƏR
09:46
5 Aprel 2018