Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma qeydə alınır.
FED.az xəbər verir ki, martın 7-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 97-si ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 544 dollar və ya 4,8% ucuzlaşaraq 10 min 803 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 166 dollar və ya 1,5% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 34 dollar və ya 4% ucuzlaşaraq 813 dollar olub.
Son həftə ərzində isə Etherium 75 dollar və ya 8,4% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Dragonchain-da(13,12%), ən çox bahalaşma isə Iconomi-də(24,97%) müşahidə olunub.
Bitkoin 500 dollar ucuzlaşdı – QİYMƏTLƏR
09:09
7 Mart 2018