Dünya kriptovalyuta bazarında bu gündən kütləvi bahalaşma qeydə alınıb.
FED.az xəbər verir ki, martın 10-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 98-i bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 565 dollar və ya 6,4% bahalaşaraq 9337 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 2027 dollar və ya 17,8% ucuzlaşıb.
Etheriumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 66 dollar və ya 9,9% bahalaşaraq 733 dollar olub.
Son həftə ərzində isə Etherium 128 dollar və ya 14,8% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Dentacoin-da(32%), ən çox ucuzlaşma isə Byteball Bytes-də(1,71%) müşahidə olunub.
Bitkoin 500 dollar bahalaşdı – QİYMƏTLƏR
09:48
10 Mart 2018