Dünya kriptovalyuta bazarında bir neçə gündür ki, davam edən ucuzlaşma sona çatmaq üzrədir. Virtual pullar bu gündən bahalaşmağa başlayıb.
FED.az xəbər verir ki, fevralın 24-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 94-ü bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 533 dollar və ya 5,3% bahalaşaraq 10 min 540 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 75 dollar və ya 0,7% ucuzlaşıb.
Etheriumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 32 dollar və ya 3,8% bahalaşaraq 876 dollar olub.
Son həftə ərzində isə Etherium 89 dollar və ya 9,2% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Nano-da(65,96%) ən çox ucuzlaşma isə Cryptonex-də(18,84%), müşahidə olunub.
Bitkoin 500 dollar bahalaşdı - QİYMƏTLƏR

10:31
24 Fev 2018