Dünyanın ən məşhur kriptovalyutası sayılan bitkoinin qiyməti 2018-ci ilin sonunadək 50 min dollara çata bilər. FED.azxəbər verir ki. bu barədə Rusiyanın kriptovalyukta və blokçeyn Assosiasiyasının prezidenti Yuri Pripaçkin bildirib. Xatırladaq ki, hazırda bitkoinin qiyməti 10-11 min dollar arasında dəyişir. Analitiklər assosiasiya rəhbərinin pronozunu bir qədər cəsarətli sayırlar.
Rusiyanın «Beynəlxalq Maliyyə Mərkəzi» təşkilatının eksperti Olqa Proxorova bildirir ki, Pripaçkinin bu bəyanatını yalnız rəy kimi qəbul etmək olar və bu qətiyyən investisiya məsləhəti ola bilməz.
«Bu bazarın yüksəlməsi və bitkoinin bahalaşması başqa aktivlər kimi, hansısa pozitiv makroiqtisadi amillərin təsiri ilə deyil, sadəcə bitkoinə inamın artması ilə bağlıdır. Bitkoinin nə vaxtsa 50 min dollar olacağını istisna etmirəm, amma onun məhz bu il həmin qiymətə çatacağını iddia etmək doğru olmazdı».