Dünyanın əsas valyutası olan bitkoin həftəsonunu ciddi qiymət dəyişikliklər ilə keçirib. FED.az xəbər verir ki, bitkoinin qiymətindəki bu dəyişmələr əslində alətin nə qədər riskli olduğunu və onunla bağlı proseslərin əvvəlcədən proqnozlaşdırıla bilmədiyini göstərir.
Belə ki, həftə sonu bitkoinin qiyməti 18 353 dollardan 13 200 dollara qədər ucuzlaşıb.
FED.az xəbər verir ki, dekabrın 11-i saat 09:15 –də kriptovalyuta sutka ərzində 3 038 dollar və ya 22,2% bahalaşaraq 13 702 dollardan 16 740 dollara yüksəlib.
Bitkoinin həftə ərzində ən yüksək göstəricisi ayın 8-də 18 353 dollar qeydə alınıb. Bu, dünən ilə müqayisədə 5 044 dollar və ya 37.9 % çoxdur. 5 044 dollarlıq ucuzlaşmadan sonar isə bitkoinin qiyməti artmaqda davam edir.
Bitkoin 5 min dollar ucuzlaşdı – YENİDƏN BAHALAŞIR
09:31
11 Dek 2017