Dünyanın əsas kriptovalyutası olan bitkoin 5 min dollar bahalaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bir həftə əvvəl kəskin ucuzlaşmadan sonra (noyabrın 26-da 59 min dollardan 54 min dollara enmişdi) noyabrın 28-də qiymətlər yenidən sıçrayışla artıb. Bir sutka ərzində bitkoin 5 min dollar bahalaşaraq 53,8 min dollardan 58,7 min dollara yüksəlib. Sonradan qiymətlər bir qədər korreksiya olunaraq yenidən 57 min dollar həddinə qayıdıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür