Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi bahalaşma müşahidə olunur.
FED.az xəbər verir ki, 27 aprel saat 17:30-a olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 97-si bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son 24 saat ərzində 392 dollar və ya 4,4% bahalaşaraq 9298 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 777 dollar və ya 9,1% bahalaşıb.
Bitkoin 400 dollar bahalaşdı – SON QİYMƏT

17:31
27 Aprel 2018