Dünya kriptovalyuta bazarında bu saatlarda yenidən kütləvi ucuzlaşma qeydə alınıb.
FED.az xəbər verir ki, 4 aprel saat 17:55-ə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 84-ü ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son 24 saat ərzində 308 dollar və ya 4,1% ucuzlaşaraq 7118 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 939 dollar və ya 11,6% ucuzlaşıb.
Bitkoin 300 dollar ucuzlaşdı – SON QİYMƏT
17:57
4 Aprel 2018