Dünya kriptovalyuta bazarında yenə kütləvi ucuzlaşma qeyd alınıb.
FED.az xəbər verir ki, aprelin 10-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 94-ü ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 361 dollar və ya 5% ucuzlaşaraq 6784 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 606 dollar və ya 8,2% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində cəmi 9 dollar və ya 2,1% ucuzlaşaraq 401 dollar olub.
Son həftə ərzində isə Etherium 3 dollar və ya 0,7% bahalaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Lisk-da(10,97%), ən çox bahalaşma isə Mixin-da(35,92%) müşahidə olunub.
Bitkoin 300 dollar ucuzlaşdı – QİYMƏTLƏR
09:31
10 Aprel 2018