Əgər bu 3 vacib amil həyata keçərsə bitcoin yaxın gələcəkdə 30 min dollar ola bilər. FED.az xəbər verir ki, bunu Bloombergin efirində Honkonq Universitenin professoru eyni zamanda investisiya şirkətinin analitiki Kenetic Capital Djixan Çu bildirirb.
Eləcə də bax: Bu ölkə vətəndaşları bitkoinin bahalaşmasına təsir ediblər
Onun sözlərinə görə Facebook , Uber və halvinq, tezliklə bitkonin dəfələrlə bahalaşmasına səbəb ola bilər.
Onun sözlərinə görə, kriptovalyuta sahəsinə Fidelity, JPMorgan, Uber və Facebook kimi böyük şirkətlərin gəlməsi rəqəmsal valyutaların bahalaşmasına səbəb olacaq. Bu təsir digər kriptovalyutalarla yanaşı bitkoindən də yan keçməyəcək deyə Çu bildrib.
Bundan başqa bitconin bahalaşmasına həmçinin maynerlərə kriptovalyuta çıxarmasına görə verilən ödənişin(halvinq) iki dəfə azalması da qiymət artımına təsir edən amillərdən olacaq deyə o qeyd edib.
Kenetic Capital Djixan Çunun sözlərinə görə, IPO Uber və Lyft - nin süqut etməsi hazırda bir çox yeni investisiya alətləri axtaran investorların da diqqətini məhz bitkoinə cəlb edir.
Həmçinin bitkoinin sayəsəndi altkoinlərin də bahalaşacağı gözlənilir. Eyni zamanda Ripplenin də banklarla çoxlu sayda müqavilələr imzalayacağı məlumatda bildirilir.
Bitkoin 30 min dollara çatacaq – 3 ƏSAS SƏBƏB
14:40
31 May 2019