Dünyanın kriptovalyuta bazarı sürətli eniş dövrünü yaşamaqdadır. FED.az xəbər verir ki, bir neçə ay əvvəl, xüsusilə də dekabrda yaşanan kəskin qiymət artımı həmin sürətli enişlə əvəz edilib.
İyunun 12-də kriptovalyuta bazarında növbəti eniş baş verib. İlk 100-lükdəki kriptovalyutaların hamısı ucuzlaşıb. Ucuzlaşmsa sürəti 0,1%-dən 16% arasında dəyişir.
Əsas kriptovalykta sayılan bitkoinin qiyməti 4,6% ucuzlaşaraq 6 559 dollara,
«Ethereum» 6,65% ucuzlaşaraq 497 dollara, «Ripple» 5,74% ucuzlaşaraq 56 sentə, «Bitcoin Cash» isə 8,69% ucuzlaşaraq 866 dollara enib.
Ümumilikdə bitkoinin qiymətinin ən yüksək oluğu dekabrın 17-dən (19 922 dollar) indiyədək qiymətlər 3 dəfə azalıb.