Dünya kriptovalyuta bazarı yeni həftəyə yenidən bahalaşlaşma ilə başladı.
FED.az xəbər verir ki, martın 5-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 81-i bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 305 dollar və ya 2,7% bahalaşaraq 11 min 569 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 1854 dollar və ya 19% bahalaşıb.
Etheriumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 20 dollar və ya 2,3% bahalaşaraq 868 dollar olub.
Son həftə ərzində isə Etherium 13 dollar və ya 1,5% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Nexus-da(29,47%), ən çox ucuzlaşma isə DigixDAO-də(5,72%) müşahidə olunub.
Bitkoin 2000 dollara yaxın bahalaşıb – QİYMƏTLƏR
09:16
5 Mart 2018