Dünya kriptovalyuta bazarında bir neçə gündür başlayan kütləvi ucuzlaşma bu saatlarda da davam edir.
FED.az xəbər verir ki, martın 31-naə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 87-si ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 213 dollar və ya 3% ucuzlaşaraq 6865 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 2075 dollar və ya 23,2% ucuzlaşıb.
Etheriumun qiymətində isə cüzi bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində cəmi 2 dollar və ya 0,5% bahalaşaraq 394 dollar olub.
Son həftə ərzində isə Etherium 146 dollar və ya 27% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma TRON-da(20,19%), ən çox bahalaşma isə XPA-da(60,09%) müşahidə olunub.
Bitkoin 2000 dollar ucuzlaşıb – QİYMƏTLƏR
11:26
31 Mart 2018