Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma qeydə alınıb.
FED.az xəbər verir ki, martın 29-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 83-ü ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 202 dollar və ya 2,5% ucuzlaşaraq 7676 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 1385 dollar və ya 15,2% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 24 dollar və ya 5,3% ucuzlaşaraq 425 dollar olub.
Son həftə ərzində isə Etherium 146 dollar və ya 25,5% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Ontology-da(15,02%), ən çox bahalaşma isə Mithril-da(37,29%) müşahidə olunub.
Bitkoin 200 dollar ucuzlaşdı – QİYMƏTLƏR
09:23
29 Mart 2018