Dünya kriptovalyuta bazarında bir neçə gündür ki, qeydə alının bahalaşma davam edir. FED.az xəbər verir ki, fevralın 28-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 67-si bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 590 dollar və ya 5,6% bahalaşaraq 10 min 987 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 28 dollar və ya 0,2% ucuzlaşıb.
Etheriumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 12 dollar və ya 1,3% bahalaşaraq 888 dollar olub.
Son həftə ərzində isə Etherium 5 dollar və ya 0,5% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Neblio-da(24,96%), ən çox ucuzlaşma isə SingularityNET-də(13,18%) müşahidə olunub.
Bitkoin 11 min dollara yaxınlaşdı – QİYMƏTLƏR
09:17
28 Fev 2018