Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma qeydə alınıb.
FED.az xəbər verir ki, martın 30-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 98-i ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 934 dollar və ya 12,1% ucuzlaşaraq 6741 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 1697 dollar və ya 20,1% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 56 dollar və ya 13,1% ucuzlaşaraq 369 dollar olub.
Son həftə ərzində isə Etherium 149 dollar və ya 28,7% ucuzlaşıb.
Bitkoin 1000 dollara yaxın ucuzlaşdı – QİYMƏTLƏR
09:25
30 Mart 2018