Dünya kriptovalyuta bazarında bir neçə gündür ki, hökm sürən ucuzlaşma davam edir. FED.az xəbər verir ki, fevralın 23-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 95-i ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 859 dollar və ya 7,9% ucuzlaşaraq 10 min dollara enib.
Son bir həftə ərzində isə bitkoin 69 dollar və ya 0,6% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 15 dollar və ya 1,7% ucuzlaşaraq 846 dollar olub.
Son həftə ərzində isə Etherium 83 dollar və ya 8,9% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Dent-da(21,38%), ən çox bahalaşma isə Nano-də(5,24%) müşahidə olunub.
Bitkoin 1000 dollara yaxın ucuzlaşdı – QİYMƏTLƏR
09:23
23 Fev 2018