Dünya kriptovalyuta bazarında yenidən kütləvi ucuzlaşma qeydə alınıb.
FED.az xəbər verir ki, martın 17-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 70-i ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 39 dollar və ya 0,4% ucuzlaşaraq 8210 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 1187 dollar və ya 12,6% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 12 dollar və ya 1,9% ucuzlaşaraq 598 dollar olub.
Son həftə ərzində isə Etherium 137 dollar və ya 18,6% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Aion-da(24,48%), ən çox ucuzlaşma isə Electroneum-da(12,34%) müşahidə olunub.
Bitkoin 1000 dollar ucuzlaşıb – QİYMƏTLƏR
10:10
17 Mart 2018