Dünya kriptovalyuta bazarında bir neçə gündür ki, bahalaşma müşahidə olunur.
FED.az xəbər verir ki, fevralın 27-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 76-sı bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 635 dollar və ya 6,5% bahalaşaraq 10 min 371 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 1199 dollar və ya 10,3% ucuzlaşıb.
Etheriumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 20 dollar və ya 2,3% bahalaşaraq 876 dollar olub.
Son həftə ərzində isə Etherium 77 dollar və ya 8% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Cryptonex-da(51,88%), ən çox ucuzlaşma isə ZClassic-də(23,11%) müşahidə olunub.
Bitkoin 10 min dolları keçdi – QİYMƏTLƏR
09:17
27 Fev 2018