Son bir ildə dünyada ərzağın qiyməti görünməmiş sürətlə artmaqdadır.
FED.az xəbər verir ki, BMT-nin Ərzaq Təhlükəsizliyi Təşkilatı – FAO dünyanın ərzaq bazarındakı qiymət artımlarını və onların səbəblərini açıqlayıb. Əsas səbəblər Rusiya-Ukrayna müharibəsi, dünyadakı quraqlıq və bəzi ölkələrlə məhsul yığımının azalması olub.
FAO Ərzaq Qiymətləri İndeksi (FFPI) 2022-ci ilin mart ayında orta hesabla 159.3 bərabər olmuşdur. Bununla da ərzaq qiymətləri indeksi fevral ayı ilə müqayisədə 12.6 % artıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 33.6% artıb
Bununla da qiymət indeksi FAO tarixində ən yüksək səviyyəyə çatıb
FED.az xəbər verir ki, son qiymət artımları bitki yağları, dənli bitkilər və ət məhsulları indeksləri üçün FAO tarixində (1990-cı ildən bu yana) ən yüksək səviyyədədir və bununla yanaşı olaraq da şəkər və süd məhsullarında kəskin artımlar müşahidə olunub
TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR)
Taxıl məhsulları son 1 ildə 70% bahalaşıb, qiymət indeksi mart ayında orta hesabla 170.1 bənd təşkil edib və FAO tarixində (1990-cı ildən bu yana) rekord həddə çatıb : 2022-ci ilin mart ayında qiymətlər fevral ayına nisbətən 24.9 bənd (17.1 % ), ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 46.2 bənd (37 . 3 % ) artıb.
Taxıl məhsullarının qiymət artımının əsas səbəbləri:
Əsas buğda ixracatçısı olan Ukrayna və Rusiya Federasiyası arasında baş verən münaqişə və Qara Dəniz regionunda ticarətin dayanması.
Amerika Birləşmiş Ştatlarında (ABŞ) məhsul yığımı və istehsalı ilə bağlı problemlərin yaranması
Digər taxıl məhsulları olan həm sorğu, həm də arpa ixracatının qiymətləri beynəlxalq tarix boyu rekord həddə çatması
BİTKİ YAĞLARI
Bitki yağı Qiymətləri İndeksi fevral ayında artaraq orta hesabla 248.6 bənd təşkil edərək FAO tarixində (1990-cı ildən bu yana) rekord həddə çatıb: mart ayında qiymətlər fevral ayına nisbətən 46.9 bənd (23.2% ) artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 89.3 bənd ( 5 6 . 1 % ) artıb.
Bitki yağları qiymət artmasının əsas səbəbləri:
Palma - əsas ixracatçı olan ölkələrdə sifarişlərin artması,
Soya - Cənubi Amerikada ixrac imkanlarının azalması.
Günəbaxan yağları - Qaradəniz regionunda olan münaqişə nəticəsində qiymətlərinin artması
SÜD MƏHSULLARI
Süd məhsullarının Qiymətləri İndeksi mart ayında orta hesabla 145.2 bənd təşkil edib: martda qiymətlər fevral ayı ilə müqayisədə 3.7 bənd (2.6% ), ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 27.7 bənd (23. 6 % ) artıb.
Süd məhsullarının qiymətinin artmasının əsas səbəbləri:
Qərbi Avropa və Okeaniyada gözləniləndən aşağı süd təklifi nəticəsində qlobal təchizatın azalması.
Azalan qlobal tədarüklə yanaşı, xüsusilə Asiya və Qərbi Avropa artan idxal tələbi ✓ Kərə yağı və süd tozu məhsullarına tələbatın kəskin artması.
ƏT MƏHSULLARI
Ət qiyməti indeksi mart ayında orta hesabla 120% təşkil edib və FAO tarixində (1990-cı ildən bu yana) rekord həddə çatıb: martda qiymətlər fevral ayına nisbətən 5.5 bənd (4.8%), ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 19.2 bənd (19%) artıb.
Ət məhsulları üzrə qiymət indeksinin artmasının əsas səbəbləri:
Pasxa bayramı ilə əlaqədar olaraq ət məhsullarına olan tələbatın artması.
Bəzi əsas istehsalçı regionlarda ətlik mal-qaranın sıx tədarükü
ŞƏKƏR
Şəkər Qiymət İndeksi mart ayında orta hesabla 117.9 bənd təşkil edib: mart ayında qiymətlər fevral ayına nisbətən 7.4 bənd (6.7 faiz), ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 21.7 bənd (22.6%) artıb.
Şəkərin qiymət artımının əsas səbəbləri:
Braziliya realının ABŞ dollarına qarşı davamlı olaraq möhkəmlənməsi ilə yerli valyutada aşağı gəlirlər səbəbindən istehsalçıların təklifi azalması.
Braziliyada etanola olan tələbatın artması
Beynəlxalq neft qiymətlərinin artması.