Dünyanın əsas kriptovalyutası sayılan bitcoin dünən kəskin ucuzlaşıb. 11 dollarlıq həddi keçdikdən sonra bitkoin 11 500 dollaradək bahalaşsa da, sonradan onun qiyməti sürətlə ucuzlaşaraq 5 saat ərzində 2 min dollar aşağı enib və 9600 dollarlıq həddə qərarlaşıb.
FED.az xəbər verir ki, bitkoinin riskli, hətta çox riskli investisiya aləti olması barədə bəyanatlar dəfələrlə səslənib. Amma kriptovalyutanın davamlı bahalaşması bu bəyanatları arxa plana keçirirdi. Noyabrın 29-da isə gözlənilən hadisə baş verib. Bitkoin göstərib ki, o həm də kəskin ucuzlaşa bilər. 5 saat ərzində 2 min dollar ucudlaşandan sonra bitkoinin qiyməti yenidən yüksəlməyə başlayıb və bu gün saat 9-45-ə olan məlumata görə 10 758 dollara çatıb. Başqa sözlə, bitcoin son 24 saat ərzində 119 dollar və ya 1,1% bahalaşıb. Son bir həftə ərzində isə bitcoinin qiymətində 2 582 dollar və ya 31% bahalaşıb.
Son günlər qiyməti yüksəlməkdə olan Ethereum-da da ucuzlaşma müşahidə olunur. Belə ki, bu kriptovalyuta sutka ərzində 24 dollar və 4% ucuzlaşıb. Bu kriptovalyuta son bir həftə ərzində isə 84 dollar və ya 22% bahalaşaraq 463 dollara yüksəlib.
Eləcə də bax: Bitcoin 11 min dolları keçdi – SÜRƏTLİ BAHALAŞMA DAVAM EDİR
Bitcoinin qiymətində 2 min dollarlıq ucuzlaşma – QİYMƏT
09:22
30 Noy 2017