Dünyanın əsas kriptovalyutası sayılan bitcoinin qiyməti rekord həddə yüksəldikdən sonra sabitləşib.
FED.az xəbər verir ki, bitcoin son 24 saat ərzində 56 dollar və ya 0,3% bahalaşıb.
Yəni bitcoinin dekabrın 19-u saat 9:00-a olan qiyməti 19 min 141 dollardır.
Son bir həftə ərzində isə bitcoin 2467 dollar və ya 14,8% bahalaşıb.
Ethereum-un qiyməti isə kəskin şəkildə bahalaşıb. Belə ki, bu kriptovalyuta son bir sutka ərzində 113 dollar və 15,7% bahalaşaraq 830 dollara yüksəlib. Qeyd edək ki, Ethereum son bir həftə ərzində isə 293 dollar və ya 54,5% bahalaşıb.
Bitcoinin qiyməti sabitləşdi – QİYMƏT

09:02
19 Dek 2017