Bitcoin (BTC) iyun ayından bəri ilk dəfə 71,000 dolları keçərək rekord səviyyəyə yaxınlaşıb.
Qlobal bazarlarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
FED.az xəbər bu yüksəliş, ABŞ-da Bitcoin ETF-lərinə olan böyük maraq və qarşıdakı seçkilərlə bağlı spekulyasiyalarla əlaqələndirilir. Yalnız oktyabr ayında BTC ETF-ləri 3.5 milyard dollardan çox vəsait cəlb edib, bu da birbaşa Bitcoin yatırımlarına marağın artdığını göstərir.
Bazar məlumatlarına görə, son 24 saatda 239 milyon dollarlıq mövqelər likvidasiya edilib və qısa mövqelərin 74%-i qapanıb. Bu isə treyderlərin Bitcoin-in 70 min dolları qıracağını düşünmədiyini göstərir. Trampın seçkilərdəki iddiaları və kriptovalyutaya dəstək vədləri də bazarda əlavə həyəcan yaradıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.