Dünyanın əsas kriptovalyutası sayılan bitcoinin qiyməti yenə bahalaşır.
FED.az xəbər verir ki, bitcoin son 24 saat ərzində 333 dollar və ya 2,1% bahalaşıb.
Yəni bitcoinin yanvarın 5-i saat 9:25-ə olan qiyməti 15 min 484 dollardır.
Son bir həftə ərzində isə bitcoin 410 dollar və ya 2,7% bahalaşıb.
Qeyd edək ki, bitcoin son sutka ərzində 16 min dollarlıq həddə yaxınlaşıb. Belə ki, həmin saatlarda bitcoin 15 min 809 dollara satılıb.
Ethereum-un qiymətində də bahalaşma müşahidə olunur. Belə ki, bu kriptovalyuta son bir sutka ərzində 100 dollar və 10,5% bahalaşaraq 1049 dollara yüksəlib. Qeyd edək ki, Ethereum son bir həftə ərzində isə 294 dollar və ya 38,9% bahalaşıb.
Bitcoinin qiyməti bahalaşır – QİYMƏT

09:30
5 Yan 2018