“Bitcoin” qiymətləri yanvarın ortalarından bəri davam edən eniş tendensiyasına son qoyaraq yenidən 50 min dollar səviyyəsinə çatıb.
FED.az xəbər verir ki, fevral ayının əvvəlindən “Bitcoin” mühüm müqavimətləri aşaraq yüksəlişini davam etdirib.
“Ethereum” oxşar şəkildə yüksəldi və 2600 dollar səviyyəsini sınaqdan keçirdi.
Bundan əlavə, “SOL”, “AVAX”, “LINK”, “ETC”, “ARB”, “SUI”, “KAS”, “TIA”, “ORDI’ kimi mühüm kripto layihələri yüksəlişlərini davam etdirib.
Qeyd edək ki, kriptovalyuta bazarının ümumi dəyəri 1,86 trilyon dollara çatdığı halda, gündəlik əməliyyat həcmi 62 milyard dolları keçib. (Trend)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.