“Binance” platformasının dünən Bakı vaxtı ilə saat 21:16-a olan məlumatına görə, ticarət sessiyası zamanı “Bitcoin”in dəyəri 12.25% artaraq 64 min dollara çatıb.
FED.az xəbər verir ki, bu barədə TASS məumat yayıb.
“Bitcoin”in qiyməti sonuncu dəfə 2021-ci il noyabrın 14-də 64 min dolları keçib.
“Bitcoin” – blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən mayninq oluna bilər. (Banker.az)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.